Kremldən Türkiyə sülhməramlıları haqda AÇIQLAMA
10.11.2020 14:46 Dünya Qarabağ Azərbaycandır

Kremldən Türkiyə sülhməramlıları haqda AÇIQLAMA

"Kreml ümid edir ki, Dağlıq Qarabağla bağlı razılaşmaların mahiyyəti Ermənistanda düzgün qəbul ediləcək".

"MediaPost" xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib. 

O, Moskvanın Dağlıq Qarabağla bağlı razılaşma əldə edildikdən sonra Ermənistanda baş tutan etiraz aksiyalarını "qiymətləndirmək istəmədiyini" söyləyib.

Peskov razılaşmada ABŞ və Fransanın iştirak etmədiyini qeyd edib: “ABŞ və Fransa Qarabağda hərbi əməliyyatların bitməsi ilə bağlı razılığın əldə olunmasında iştirak etməyib. Bu, üçtərəfli - Rusiya, Azərbaycan və Ermənistanın sazişidir”.

Digər tərəfdən o, Qarabağla bağlı bəyanatda regionun statusunun qeyd olunmadığını söyləyib: "Hazırda biz beynəlxalq hüququn bütün əsas aktlarından, ilk növbədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrindən və digər sənədlərdən çıxış etməyə davam edirik". 

“Qarabağla bağlı monitorinq mərkəzi Azərbaycanda yerləşə bilər. Bu, Azərbaycandadır və bu birgə monitorinq mərkəzinin yerləşdirilməsinin nüansları artıq ayrı bir razılaşmanın mövzusudur”, - deyə Kremlin sözçüsü Qarabağda Rusiya sülhməramlıları ilə yanaşı, Türkiyə sülhməramlılarının yerləşdirilməsinin mümkünlüyü haqqında danışarkən qeyd edib.

Anara Mikail

Gündəm