Kriştianu Ronaldu "Yuventus"dan gedir?
25.04.2020 12:21 Futbol

Kriştianu Ronaldu "Yuventus"dan gedir?

"MediaPost" Reporta istinadən xəbər verir ki, portuqaliyalı hücumçu müqaviləsinin bitəcəyi 2022-ci ilin yayınadək Turin təmsilçisində çıxış etmək niyyətindədir.

Fransa PSJ-sinin onunla maraqlanmasına baxmayaraq, 35 yaşlı forvard İtaliyada qalacaq.

Qeyd edək ki, 2018-ci ilin yayında İspaniya "Real Madrid"indən "Yuventus"a transfer olunan Kriştiani Ronaldu bu mövsüm A Seriyasında meydana çıxdığı 22 oyunda 21 qol vurub, 3 məhsuldar ötürmə edib.

Xəbərlər departamenti

Gündəm