Külək keçmiş Nəqliyyat Nazirliyinin binasının damını uçurub - FOTOLAR
06.02.2020 21:06 Hadisə

Külək keçmiş Nəqliyyat Nazirliyinin binasının damını uçurub - FOTOLAR

Tbilisi prospektinin Yasamal rayonu ərazisinə düşən hissəsində yerləşən keçmiş Nəqliyyat Nazirliyinin binasının damının bir hissəsi güclü külək nəticəsində uçub.

APA-nın xəbərinə görə, buna görə yolda hərəkət məhdudlaşdırılıb. Hazırda fəsad aradan qaldırılsa da, damın digər hissəsinin uçma təhlükəsi olduğu üçün ərazidə təhlükəsizlik tədbirləri məqsədilə gediş-gəliş məhdudlaşdırılıb.

Bununla əlaqədar Bakı-Sumqayıt şosesi və Biləcəri istiqamətində də tıxac yaranıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev APA-ya hazırda həmin istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulduğunu təsdiqləyib. Hazırda yolda hərəkət bərpa edilib.

Qeyd edək ki, bina hazırda "Bakı Telefon Rabitəsi" MMC-nin nəzdindədir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm