Küləyin fəsadları: Evlərin damı uçub, ağaclar aşıb, elektrik verilişində fasilə olub
06.04.2021 13:21 İnfrastruktur

Küləyin fəsadları: Evlərin damı uçub, ağaclar aşıb, elektrik verilişində fasilə olub

Güclü külək Azərbaycanın bir sıra regionlarında elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub.

"Azərişıq" ASC-dən "MediaPost"a verilən məlumata görə, ölkənin Şimal rayonlarında əsən güclü külək Şabran, Xaçmaz və Quba rayonları ərazisində fərdi evlərin damlarını uçurub, ağacları aşırıb və nəticədə elektrik enerjisi verilişində fasilə yaranıb.

Hadisə yerinə gələn "Azərişıq" ASC-nin əməkdaşları Quba və Şabran rayonlarında elektrik enerjisi verilişində yaranan fasiləni aradan qaldırıb, Xaçmaz rayonu ərazisində isə təmirbərpa işləri davam etdirilir.

Xəbərlər departamenti

Gündəm