Kürdə batan azyaşlının cəsədi tapılıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhərinin Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batması barədə ilkin məlumat daxil olub.
Bu barədə "MediaPost"a Nazirlikdən məlumat verilib.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Bir müddət əvvəl azyaşlının meyiti batdığı yerdən 10 km aralıda tapılaraq aidiyyatı üzrə təhvil verilib.