Kürdə batan tələbənin meyiti tapıldı (YENİLƏNİB)
07.08.2020 13:38 Gündəm Hadisə

Kürdə batan tələbənin meyiti tapıldı (YENİLƏNİB)

Kür çayında batan tələbənin meyiti tapılıb. 

“MediaPost” FHN-ə istinadən xəbər verir ki, Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində 2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlunun axtarışları başa çatıb. X.Salayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

14:25

Kür çayında batan şəxsin tələbə olduğu məlum olub.

“MediaPost”un apa-ya istinadən məlumatına görə, Neftçala rayonunun Aşağı Surra kənd sakini, 2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlu Kür çayında çimərkən boğulub. Əraziyə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Qeyd edək ki, Xəyal Salayev Şirvan Humanitar Kollecinin tələbəsidir.

***

13:10

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə “MediaPost”a FHN-dən bildirilib.

Məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Xəbərlər şöbəsi

Gündəm