Kürdə iki qardaşdan biri batıb
10.08.2020 07:16 Gündəm Hadisə

Kürdə iki qardaşdan biri batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub. 

FHN-dən “MediaPost”a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

“MediaPost”un əldə etdiyi məlumata görə, Kürdə iki nəfər batma təhlükəsi ilə üzləşib. Bu şəxslər qardaş olublar. 1996-cı il təvəllüdlü Sahib Şəhriyar oğlu Cəfərov sudan çıxarılaraq xilas edilib. Onun böyük qardaşı isə çayda batıb. 

Əcəmi Əsədulla/MediaPost

Xəbərlər şöbəsi

Gündəm