Kürdəmirdə ağır yol qəzası olub, xəsarət alanlar var - FOTOLAR
05.11.2019 13:07 Gündəm

Kürdəmirdə ağır yol qəzası olub, xəsarət alanlar var - FOTOLAR

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Mediapost.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 180-cı kilometrliyində, rayonun Karrar kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağsu rayon sakini, 1969-cu il təvəllüdlü Rüstəmov Famil Əjdər oğlu idarə etdiyi "KamAZ" markalı yük maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərkətdə olan Kürdəmir rayon sakini, Abbasov İsa Köçəri oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomabilə çırpılıb.

Nəticədə hər iki sürücü və minik avtomobilində olan sərnişin, Məmmədova Zenfira Köçəri qızı müxtəlif növ bədən xəsarətləri alıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar "təcili yardım" avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Mediapost.az

 Kürdəmirdə ağır yol qəzası olub, xəsarət alanlar var - FOTOLAR

 Kürdəmirdə ağır yol qəzası olub, xəsarət alanlar var - FOTOLAR

 Kürdəmirdə ağır yol qəzası olub, xəsarət alanlar var - FOTOLAR

 Kürdəmirdə ağır yol qəzası olub, xəsarət alanlar var - FOTOLAR

 Kürdəmirdə ağır yol qəzası olub, xəsarət alanlar var - FOTOLAR


Xəbərlər departamenti

Gündəm