Kürdəmirdə “ASAN xidmət” mərkəzi istifadəyə verildi
12.02.2020 12:06 Daxili siyasət

Kürdəmirdə “ASAN xidmət” mərkəzi istifadəyə verildi

"MediaPost" xəbər verir ki, dövlət başçısı mərkəzin açılışını bildirən düyməni basıb.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlət başçısına məlumat veriblər.

Sonra Prezident İlham Əliyev “ASAN könüllüləri” ilə görüşüb.

Dövlət başçısı görüşdə çıxış edib.

Sonda xatirə şəkli çəkdirilib.

Xəbərlər departamenti

Gündəm