Kürdəmirdə azyaşlıların Yeni il şənliyi zamanı zalın döşəməsi çöküb
27.12.2019 09:21

Kürdəmirdə azyaşlıların Yeni il şənliyi zamanı zalın döşəməsi çöküb

"MediaPost" "Report"-a istinadən xəbər verir ki, hadisə rayonun Xırdapay kənd folklor evində qeydə alınıb.

Şənlik zaman qəfildən zalın döşəməsi çöküb. Hadisə zamanı xəsarət alan olmasa da, azyaşlılar dərhal zaldan çıxarılıblar.

Qeyd edək ki, Xırdapay kənd folklor evi 2013-cü ildə təmir olunub. İlkin məlumata görə, həmin zaman işlərin qeyri-peşəkarlara həvalə olması zalın döşəməsinin çökməsinə səbəb olub.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm