Kürdəmirdə "Coca-Cola" şirkətinin yük avtomobili aşıb, xəsarət alanlar var - FOTOLAR
30.12.2019 08:15 Hadisə

Kürdəmirdə "Coca-Cola" şirkətinin yük avtomobili aşıb, xəsarət alanlar var - FOTOLAR

"MediaPost"un "Report"a istinadən xəbərinə görə, Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində "Coca-Cola" şirkətinə məxsus yük avtomobili, hərəkətdə olan zaman sürücü idarəetməni itirib və avtomobil eyni istiqamətdə hərəkətdə olan digər yük maşını ilə toqquşub. Zərbənin gücündən hər iki yük maşını aşıb. Şirkətə məxsus avtomobildə olan içkilər ətrafa səpələnib.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsünün xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm