Kürdəmirdə məktəb tikintisinə 2 milyon manat ayrılıb
12.02.2020 14:22 Rəsmi

Kürdəmirdə məktəb tikintisinə 2 milyon manat ayrılıb

"MediaPost" xəbər verir ki, sərəncama əsasən, Kürdəmir şəhərində 5 nömrəli şəhər tam orta məktəbi üçün 960 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.

Xəbərlər departamenti

Gündəm