Kürdəmirdə yol qəzası olub, ölən və yaralanan var - VİDEO
07.02.2020 09:38 Hadisə

Kürdəmirdə yol qəzası olub, ölən və yaralanan var - VİDEO

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Sürücü "KİA" markalı avtomaşınla Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomaşın yoldan çıxaraq yolun kənarındakı beton lövhəyə çırpılıb.

Hadisə zamanı sürücü Sumqayıt şəhər sakini Aslan Qəhrəmanov aldığı xəsarətlərdən yerindəcə keçinib.

Qəza zamanı avtomobildə olan sərnişin, Gəncə şəhər sakini, 1982 ci il təvəllüdlü Xəyalə Ziyad qızı Rəhimova deformasiyaya uğrayan avtomobildə sıxılaraq ağır bədən xəsarətləri alıb.

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən qadın sərnişinin vəziyyətinin ağır olduğu bildirilir.

Fakt araşdırılır.

"MediaPost"


Xəbərlər departamenti

Gündəm