KXDR NATO rəhbərinin Cənubi Koreyaya səfərini “soyuq müharibə”nin “müqəddimə”si adlandırıb
30.01.2023 08:43 Dünya

KXDR NATO rəhbərinin Cənubi Koreyaya səfərini “soyuq müharibə”nin “müqəddimə”si adlandırıb

Şimali Koreya hesab edir ki, NATO-nun baş katibi Yens Stoltenberqin Cənubi Koreya və Yaponiyaya səfəri alyansın Asiya versiyasının yaradılması ideyasını təşviq etmək məqsədi daşıyır və Asiya-Sakit Okean regionunda soyuq müharibənin “müqəddiməsi”dir.

MediaPost xəbər verir ki, bu fikir Beynəlxalq Siyasət üzrə Cəmiyyətin əməkdaşı Kim Don Menin Koreyanın Mərkəzi Teleqraf Agentliyində (CTAK) dərc olunmuş məqaləsində yer alıb.

"NATO baş katibinin Cənubi Koreya və Yaponiyaya səfəri qarşıdurma və müharibə üçün müqəddimədir, çünki o, Asiya-Sakit okean regionuna "yeni soyuq müharibənin" qara buludlarını gətirir", - məqalədə qeyd olunub.

Onun fikrincə, NATO və ABŞ-ın məqsədi tamamilə aydındır – Alyansın “peyklərlə birlikdə onların hegemonluğunu və nizamını qorumağa xidmət edən “Asiya versiyasını” uydurmaq”.

Məqalə müəllifi qeyd edib ki, Stoltenberqin səfəri zamanı Yaponiya və Cənubi Koreyanı “Çindən təhdid versiyası” ilə ruhlandıracaq, “NATO-nun Asiya versiyasının yaradılmasının zəruriliyini bir daha vurğulayacaq”, ciddi xəbərdarlıq edəcək və Ukraynaya passiv hərbi yardımla bağlı təzyiq göstərəcək.

O qeyd edib ki, Cənubi Koreya və Yaponiya silahlarının Ukraynada peyda olması zaman məsələsidir.

Kim Don Menin təbirincə, Seul və Tokio anlamalıdır ki, Stoltenberqin səfəri təhlükəsizlik problemlərinin aradan qaldırılmasına kömək etməyəcək, əksinə, təhlükəsizlik böhranına təkan verəcək.

Onun sözlərinə görə, “müharibə və qarşıdurmanın sinonimi” olan NATO regiona heç bir fayda gətirmir.

Stoltenberq Seula iki günlük səfər üçün bazar günü gəlib. O, sonra Yaponiyaya getməyi planlaşdırır.

Xəbərlər departamenti

Gündəm