Laçın və Zəngilanda da aeroport tikmək planımız var
26.02.2021 11:40 Gündəm Siyasət

Laçın və Zəngilanda da aeroport tikmək planımız var

Planda Laçın və Zəngilanda da hava limanının tikintisi var.

"MediaPost"un məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Dövlət başçısı bildirib: "Bizim azad olunmuş ərazilərdə aeroport tikmək istəyimiz tək Füzuli ilə yekunlaşmır. Laçın və Zəngilanda da aeroport tikmək kimi planımız var".

Xəbərlər departamenti

Gündəm