Lampardı Turxel əvəzləyə bilər
22.01.2021 23:09 Futbol

Lampardı Turxel əvəzləyə bilər

İngiltərənin “Çelsi” klubu baş məşqçi axtarışlarını davam etdirir.

"MediaPost" xəbər verir ki, “zadəganlar”ın siyahısında adları olan mütəxəssislər artıq məlumdur.

Onlar arasında “Yuventus”un sabiq çalışdırıcısı Massimiliano Alleqrinin adı yoxdur. Hazırkı baş məşqçi Frenk Lempardla yollarını ayırmağı planlaşdıran londonlularda bu posta favorit PSJ-dən bir müddət əvvəl göndərilən Tomas Tuxeldir. Almaniyalının alternativi isə 2018/19 mövsümündə “Leypsiq”ə rəhbərlik edən Ralf Ranqnikdir.

Qeyd edək ki, “Çelsi” hazırda Premyer Liqada 29 xalla 8-ci pillədə qərarlaşıb.

Xəbərlər departamenti

Gündəm