Lavrovla erməni həmkarı 11 yanvar bəyanatının icrasını müzakirə ediblər
13.01.2021 18:30 Xarici siyasət

Lavrovla erməni həmkarı 11 yanvar bəyanatının icrasını müzakirə ediblər

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun erməni həmkarı Ara Ayvazyan arasında telefon danışığı baş tutub.

"MediaPost"un TASS-a istinadən verdiyi xəbərə görə, tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvarda Moskvada Dağlıq Qarabağla bağlı imzaladıqları bəyanatın icrasını müzakirə ediblər.

Rusiya və Ermənistan XİN başçıları ikitərəfli münasibətlərin aktual məsələləri və regional gündəm barədə də fikir mübadiləsi aparıblar.

Xəbərlər departamenti

Gündəm