Ledi Qaqanın 500 min dollar vəd etdiyi itləri tapıldı - <span>FOTOLAR</span>
27.02.2021 10:16 Şou-biznes

Ledi Qaqanın 500 min dollar vəd etdiyi itləri tapıldı - FOTOLAR

Müğənni Ledi Qaqanın köməkçisi güllələnərək itləri oğurlanmışdı.

“MediaPost” xəbər verir ki, itlərini gətirənə 500 min dollar pul vəd edən Qaqanın arzusu reallaşıb.

Bir qadın hər iki iti polis şöbəsinə təhvil verib. Kimliyi bilinməyən qadının hədiyyəni alıb-almayacağı isə hələ ki bəlli deyil.

Qeyd edək ki, Ledi Qaqanın köməkçisi Rayan Fişer Los-Ancelesdə kim olduqları bilinməyən iki nəfər döş qəfəsindən vurub və iki iti oğurlayaraq oradan uzaqlaşıb.

Rayan Qaqanın çox sevdiyi üç fransız buldoq Koyi, Miss Asiya və Qustavonu gəzdirməyə çıxarıb. Bu zaman ona atəş açılıb. Polis hadisə yerinə gələndən sonra Rayanın döş qəfəsindən 4 güllə yarası aldığı məlum olub. Xəstəxanaya aparılan Fişerin vəziyyətinin kafi olduğu bildirilib. Hadisə zamanı müğənninin iki idi Koyi və Qustavo oğurlanıb. Miss Asiya isə itib, lakin sonradan polislər tərəfindən tapılıb. Hüquq-mühafizə orqanları bildirib ki, itləri iki qaradərili şəxs oğurlayıb.

Pərviz Hüseyn

Gündəm