Lənkəran sakini heroinlə tutuldu
05.11.2020 19:41 Kriminal

Lənkəran sakini heroinlə tutuldu

"MediaPost" DİN-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşları daxil olmuş məlumat əsasında Lənkəran şəhəri ərazisində əməliyyat tədbirləri keçiriblər. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini E.Abdullayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin götürülüb.

Xəbərlər şöbəsi

Gündəm