Lənkəranda bacı bacısını bıçaqladı
18.04.2021 18:21 Hadisə

Lənkəranda bacı bacısını bıçaqladı

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

"MediaPost" "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Füzuli küçəsi 43 ünvanında baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Vahidə Qəribəli qızı Şərifova sol bazunun yuxarı hissəsinin deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ona zəruri tibbi yardım göstərilib.

Hadisənin ailə münaqişəsi zəminində bacılar arasında baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər şöbəsi

Gündəm