Lənkəranda karantin qaydalarını pozan kafe sahibi və müştərilər cərimələnib
22.04.2020 09:52 Hadisə

Lənkəranda karantin qaydalarını pozan kafe sahibi və müştərilər cərimələnib

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "MediaPost"a verilən məlumata görə, bu istiqamətdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində rayonun Bürcəli kəndində yerləşən “Xanbulan” kafesinin xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Obyektə baxış zamanı orada olan kafenin sahibi Həsən Salayev və Lənkəran sakini olan 5 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib. Həmin şəxslər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Xəbərlər departamenti

Gündəm