Lənkəranda oğul atasını bıçaqladı
03.03.2021 21:55 Hadisə

Lənkəranda oğul atasını bıçaqladı

Lənkəran şəhərində bıçaqlanma hadisəsi baş verib. 

"MediaPost" APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. 

1972-ci il təvəllüdlü Vidadi Hüseynov yaşadığı evdə oğlu Əliqismət Hüseynov tərəfindən bıçaqlanıb. Xəsarət alan ata döş qəfəsinin daxilinə nüfuz edən kəsilmiş-deşilmiş yara diaqnozu ilə  Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Atasına bıçaq xəsarəti yetirən oğlun keçmiş məhkum olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər şöbəsi

Gündəm