Lənkəranda qadını maşın vuraraq öldürüb
10.08.2020 11:22 Gündəm Hadisə

Lənkəranda qadını maşın vuraraq öldürüb

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“MediaPost”un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, avqustun 9-da saat 9 radələrində Lənkəran rayonunun Boladi kəndi ərazisində rayon sakini X.Ağayev idarə etdiyi “Daewoo” markalı avtomobillə yolun kənarında dayanmış kənd sakini Moskva Məhərrəmovanı vurub və piyada hadisə yerində ölüb.

Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.

Əcəmi Əsədulla

Xəbərlər şöbəsi

Gündəm