Lənkəranda sürücünün yandığı dəhşətli qəzanın görüntüləri yayılıb - VİDEO
20.01.2020 19:40 Hadisə

Lənkəranda sürücünün yandığı dəhşətli qəzanın görüntüləri yayılıb - VİDEO

"Mediapost"un əldə etdiyi görüntülərdə qəza nəticəsində yanğın baş vermiş “QAZel” markalı yük avtomobilinin sərnişinin ətrafdakı insanlardan kömək istəməsi əks olunub. Lakin nəqliyyat vasitəsinin içərisində yanan sürücünü heç kim xilas edə bilməyib.

Qeyd edək ki, Lənkəran şəhərinin Girdəni kəndində "Volvo" və “QAZel” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yanğın hadisəsi baş verib. Yanğın nəticəsində “QAZel”in sərnişini - Cəlilabad rayonunun Alar kənd sakini, 1981-ci il təvəllüdlü Xalim Qulaməli oğlu Cəfərov xəsarət alıb. Onun həmkəndlisi olan sürücü 1983-cü il təvəllüdlü Əzimov Rasif Nabatəli oğlu isə yanaraq ölüb.

Onlar Lənkəran rayonuna satmaq üçün 3 ton arpa aparırmışlar.

"Mediapost"


Lənkəranda sürücünün yandığı dəhşətli qəzanın görüntüləri yayılıb - VİDEO

Xəbərlər departamenti

Gündəm