El dili ilə “Xərək çörəyi” adlanan məşhur ləzgi çörəyi necə hazırlanır?  - VİDEO
26.06.2020 15:50 Cəmiyyət

El dili ilə “Xərək çörəyi” adlanan məşhur ləzgi çörəyi necə hazırlanır? - VİDEO

Azərbaycanda min illər tarixi olduğu hesab edilən çörək əsrlərdən bəri bolluq və bərəkət rəmzi sayılır.

Ölkəmizdə çörəyin müxtəlif növləri bişirilir: yuxa, yayma, fətir, lavaş, səngək, xamralı, qalın, nazik, fəsəli, kətə, təndir çörəyi, xərək çörəyi, bəyimçörəyi, qoz çörəyi, badam çörəyi və digərləri.

Həmin çörək növlərindən biri də Ləzgi çörəyidir. Ləzgi çörəyi görünüşünə görə günəşi xatırladır. Bu isə ləzgi xalqının mifologiyası ilə bağlıdır. Ləzgi çörəyinin özünün də növləri var. Bu növlərdən biri də Xərək çörəyi adlanır.

“MediaPost” fikir agentliyinin əməkdaşları bu dəfə Qusarda ləzgi çörəyinin hazırlanması ilə tanış olublar.

Müsahiblərdən birinin dediyinə görə, bu çörəyi soyuducuya qoyub günlərlə təzə olaraq saxlamaq mümkündür:

"Bu çörək çox ləzzətlidir. Həftədə bir dəfə bişirib, soyuducuya qoyaraq günlərlə yeyirik. Ancaq dükan çörəyini bu gün alırıq, sabah yeyə bilmirik. Alınmış çörək boyatlaşanda yemək olmur, amma bu çörəkləri boyatlaşdıqdan sonra da yeyə bilirik".


Xəbərlər departamenti

Gündəm