Litvada qaz balonlarından istifadə qaydalarına məhdudiyyətlər qoyulacaq
29.12.2019 08:12

Litvada qaz balonlarından istifadə qaydalarına məhdudiyyətlər qoyulacaq

AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, bu qaydaların tətbiqi balonların istifadəsi zamanı bədbəxt hadisələrin qarşısını almaq üçün nəzərdə tutulub. Bu cür balonlar yalnız yanğın zamanı onları partlamadan qoruyan müdafiə klapanları ilə istifadə edilə bilər.

Dövlət Enerji Tənzimləmə Xidmətinin verdiyi məlumata əsasən, hər il qaz balonlarının quraşdırılması və istismarı qaydalarının pozulması səbəbindən faciə ilə nəticələnən 2-3 qəza, balonların qırılması və ya yanğınlar zamanı onların partlaması ilə bağlı isə 10-12 hadisə baş verir.

Litvada indiyədək əksəriyyəti GOST standartlarına uyğun istehsal olunan köhnə tipli balonlardan istifadə edilir. Energetika Nazirliyinin məlumatına görə, Litvada belə balonların sayı 200-400 min arasındadır.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm