Livan üçün baş tutan yardım kampaniyasında 252.7 milyon avro yığıldı
10.08.2020 11:58 Gündəm Dünya

Livan üçün baş tutan yardım kampaniyasında 252.7 milyon avro yığıldı

Fransa və Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi ilə Livan üçün keçirilən donorlar konfransında 252,7 milyon avro toplanıb.

“MediaPost” xəbər verir ki, Fransa prezidenti Emanuel Makronun cümə axşamı günü gerçəkləşdirdiyi Beyrut səfərində Livan üçün beynəlxalq yardım təşkil etmək istədiyini deməsindən sonra keçirilən donorlar konfransı sona çatıb. 

Konfransda iştirak edən liderlər toplanan yardımın BMT tərəfindən əlaqələndirilərək birbaşa Livan xalqına çatdırılmalı olduğunu vurğulayıb. Bununla yanaşı, yardımların çatdırılması məsələsində şəffalığa diqqət edilməli olduğu bildirilib və partlayışla bağlı istintaqın tərəfsiz şəkildə davam etdirilməsinin vacibliyi qeyd olunub.

Digər tərəfdən Avropa İttifaqı (Aİ) Beyrut limanında meydana gələn partlayışla bağlı Livana daha 63 milyon avroluq yardım edəcəyini açıqlayıb. 

Qeyd edək ki, Aİ Komissiyası daha öncə Livan üçün 33 milyon avro yardım ayrıldığını açıqlamışdı.

Anara Mikayılova

Xəbərlər şöbəsi

Gündəm