Livanda baş verən faciə səbəbi ilə 2 nazir istefa etdi - <span>FOTOLAR</span>
10.08.2020 08:20 Gündəm Dünya

Livanda baş verən faciə səbəbi ilə 2 nazir istefa etdi - FOTOLAR

Livanın paytaxtı Beyrutda 160 nəfərin həyatını itirməsinə səbəb olan güclü partlayışdan sonra başlayan etiraz aksiyaları nəticəsində 2 nazir vəzifədən istefa verib.

“MediaPost” xəbər verir ki, Livan Ekologiya naziri Damianos Kattar ötən gün vəzifədən istefa etdiyini açıqlayıb. Ondan öncə isə Livan İnformasiya naziri Menal Abdüssəməd xalqdan üzr istəyərək hökumətdəki vəzifəsindən istefa verdiyini bildirib. 

Bununla yanaşı, Beyrutda başlayan etiraz aksiyaları zamanı polis əməkdaşı həyatını itirib, 500-ə yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Etirazlar zamanı aktivistlər Xarici İşlər Nazirliyinin binasından sonra Enerji və Su Nazirliyinin, İqtisadiyyat və Ətraf Mühit Nazirliyinin və Banklar Assosiasiyasının binalarına da basqın edib.

Xatırladaq ki, Beyrut limanında 4 avqust tarixində partlayıcı maddələrin olduğu 12 nömrəli anbarda güclü partlayış baş verib. Hadisə nəticəsində 160 nəfər həyatını itirib, 6 min nəfər yaralanıb. Partlayışa anbarda saxlanılan 2.750 ton ammonium nitrat maddəsinin səbəb olduğu bildirilib.

Anara Mikayılova

img
img


 

Xəbərlər şöbəsi

Gündəm