Livanda faciə qurbanlarının sayı 220-yə çatdı, daha bir nazir istefa verdi - <span>FOTO</span>
10.08.2020 13:45 Gündəm Dünya

Livanda faciə qurbanlarının sayı 220-yə çatdı, daha bir nazir istefa verdi - FOTO

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışdan sonra daha bir nazir istefa verib.

“MediaPost” xəbər verir ki, Ekologiya və İnformasiya nazirlərinin istefasından sonra Ədliyyə naziri Marie-Klaude Naim də partlayış və keçirilən aksiyaları səbəb gətirərək vəzifədən istefa etdiyini açıqlayıb.

Bununla yanaşı, şəhər meri Marvan Abboud partlayış nəticəsində ölənlərin sayının 220-yə, itkin düşənlərin sayının isə 110-a yüksəldiyini bildirib. 

Anara Mikayılova

img

Xəbərlər şöbəsi

Gündəm