Livanın paytaxtında onlarla insan yaralanıb - FOTO, VİDEO
16.12.2019 14:36 Daxili siyasət

Livanın paytaxtında onlarla insan yaralanıb - FOTO, VİDEO

Mediapost.az BBC-yə istinadən xəbər verir ki, etirazçılar gözyaşardıcı qaz və su şırnağına şüşə və atəşfəşanlıqla cavab verib. Etirazlar oktyabrda baş nazir Saad Əl-Həririnin istefasına səbəb olsa da, yeni hökumətin formalaşdırılması prosesi yarımçıq qalıb. Prezident Mişel Aun, baş nazirin kimliyi ilə bağlı parlamentdəki əsas qüvvələr ilə rəsmi məsləhətləşmələri bir neçə günlük təxirə salıb.

Lebanese security forces remove protesters during an anti-government demonstration

Hazırda yenidən minlərlə etirazçının küçələrə axışması ilə təhlükəsizlik qüvvələri də səfərbər olunub. “Amnesty İnternational” rəsmisi bildirib ki, təhlükəsizlik qüvvələri dinc aksiyaları dağıtmaq üçün həddindən artıq güc tətbiq edib.

Demonstrators move metal barriers while engulfed in tear gas during clashes with security forces in Beirut

Nümayişçilər hakimiyyəti iqtisadiyyatın zəifləməsi, bahalaşma, yüksək işsizlik və korrupsiya ilə mübarizə aparmamaqda ittiham edir. Onların əsas tələbləri siyasi sistemdə əsaslı dəyişikliklər, müstəqil və məzhəbsiz bir kabinetin formalaşdırılmasıdır.

Xatırladaq ki, etirazlar Livanda son ilin ən böyük küçə aksiyaları həddindədir.

Coşqun Əli

Xəbərlər departamenti

Gündəm