Liviya sahillərində miqrant gəmisi batıb, 74 nəfər ölüb
Liviya sahillərində miqrantların olduğu gəmi batıb, nəticədə azı 74 nəfər ölüb.
"MediaPost" “TASS”-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) məlumat yayıb.
Məlumata görə, hadisə Homs liman şəhəri yaxınlığında baş verib. Ümumilikdə gəmidə 120-dən çox adam olub. Onlardan 47-si sahil mühafizəsi və yerli balıqçılar tərəfindən sudan çıxarılıb. Xilasedicilər bu saatlaradək 31 nəfərin cəsədini tapıblar, qalanlarının axtarışı davam edir.