Liviyanın yeni hökumət başçısı Türkiyəyə səfər edəcək
11.04.2021 23:30 Dünya

Liviyanın yeni hökumət başçısı Türkiyəyə səfər edəcək

Aprelin 12-də Liviyanın Baş naziri Əbdülhəmid Dbeybəhin başçılıq etdiyi geniş tərkibdə nümayəndə heyəti Ankaraya rəsmi səfər edəcək. AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin tərkibində 14 nazir təmsil olunacaq.

Liviyanın yeni hökumət başçısının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə Ankara ilə Tripoli arasında əlaqələrin daha da möhkəmlənməsi, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə ediləcək, həmçinin ikitərəfli sazişlər imzalanacaq. Ərəb KİV-ləri qeyd edirlər ki, Liviya nümayəndə heyətinin bu cür geniş tərkibdə ilk xarici səfəri bu ölkənin müttəfiqi olan Türkiyəyə verdiyi yüksək qiymətin təzahürüdür. Rəsmi Ankara da Şimali Afrikanın bu mühüm dövlətində sülhün və sabitliyin bərqərar olması istiqamətində səylər göstərir.

Xəbərlər şöbəsi

Gündəm