London körpüsünə edilən hücumda yaralanan 5 nəfərdən 2-si ölüb
30.11.2019 06:45 Gündəm

London körpüsünə edilən hücumda yaralanan 5 nəfərdən 2-si ölüb

London körpüsündə naməlum şəxs bıçaqla ətrafındakılara hücum edib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, hadisə yerinə silahlı polislər gəlib, körpü bağlanıb.

Polis şübhəlinin öldüyünü təsdiqləyib.

Xəbərə görə, bıçaqlanma terror hadisəsi kimi qiymətləndirilib. Polis şübhəlinin üzərində saxta partlayıcı cihaz olduğunu bildirib.

Qeyd edək ki, hadisə şahidlərinin sosial mediada paylaşımlarında şübhəlinin polis gələnədək ətrafdakı vətəndaşlar tərəfindən mühasirəyə alındığı görünür. Hətta vətəndaşlardan biri şübhəlinin əlindəki iri bıçağı almağa müvəffəq olub.

London körpüsünə naməlum şəxs tərəfindən edilən hücum zamanı bıçaqla xəsarət yetirilən 5 nəfərdən 2-si dünyasını dəyişib.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm