“Lotu Quli”nu öldürmək istəyən 8 azərbaycanlı Türkiyədə saxlanılıb
“MediaPost”un xəbərinə görə, bu barədə “Hürriyət” qəzeti məlumat yayıb.
Türkiyə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları İstanbulda müxtəlif cinayətlərdə iştirak etməsi müəyyənləşdirilən və Rusiya ilə əlaqəsi olduğu təsbit edilən cinayətkar dəstəyə qarşı əməliyyat keçirib.
Aparılan əməliyyat nəticəsində 1-i rus, 3-ü ukraynalı, 4-ü gürcüstanlı, 8-i azərbaycanlı olmaqla ümumilikdə 16 nəfər saxlanılıb. Axtarışlar nəticəsində şübhəlilərdən 11 tapança və partlayıcı maddələr ələ keçirilib.
Şübhəlilərin Türkiyədə sui-qəsd nəticəsində öldürülən “Lənkəranski” ləqəbli qanuni oğru Rövşən Canıyevin intiqamını almaq üçün gəldikləri bildirilib.
Dəstənin R.Canıyevin öldürülməsində təqsirli bildikləri “Lotu Quli” ləqəbli qanuni oğru Nadir Səlifovu vurmaq istədikləri qeyd olunub.
Billurə Yunus / "MediaPost"