Luis Enrikenin İspaniya yığmasına qayıdışı rəsmiləşib
19.11.2019 13:25

Luis Enrikenin İspaniya yığmasına qayıdışı rəsmiləşib

İspaniya milli komandasında baş məşqçi dəyişikliyi gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, Luis Enrike yığmanın baş məşqçisi təyin olunub.

Bunu İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales təsdiqləyib.

L.Enrike bu ilin sentyabrında dünyasını dəyişən qızının sağlamlığında yaranan problemə görə millinin baş məşqçisi vəzifəsindən ayrılıb. 49 yaşlı mütəxəssisi postuna qayıdaraq Robert Morenonu əvəz edib.

Qeyd edək ki, İspaniya yığması ötən aydan Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm