Lukaşenko: “2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindəyəm”
17.11.2019 12:55 Gündəm

Lukaşenko: “2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindəyəm”

Belarus Prezidenti Aleksandr Lukaşenko 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, A. Lukaşenko deyib ki, prezident kürsüsündən yapışmayıb, ancaq belaruslara namizədliyini təklif etmək niyyətindədir.

A. Lukaşenko bildirib ki, prezident seçkilərinin gələn ilin yayında, ən uzağı avqustda keçiriləcəyi gözlənilir.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm