Lukaşenko: “Qərb və NATO Rusiyanın Belarusun suverenliyini pozmaq cəhdlərinə dözə bilməz”
24.12.2019 14:42 Xarici siyasət

Lukaşenko: “Qərb və NATO Rusiyanın Belarusun suverenliyini pozmaq cəhdlərinə dözə bilməz”

APA-nın xəbərinə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Exo Moskvı” radiosuna müsahibəsində deyib.

“Gəlin, düşünək. Əgər Rusiya bəzilərinin dediyi kimi, qəflətən suverenliyimizi pozmağa cəhd edərsə, dünya birliyinin buna necə reaksiya verəcəyini bilirsiniz. Qərb və NATO buna dözə bilməz. Bunu özləri üçün bir təhdid hesab edəcəklər, müharibəyə cəlb olunacaqlar və onlar bu mənada haqlı olacaqlar. Gəlin, dürüst olaq. Bu vəziyyətdə Rusiyaya digər bir başağrısı lazımdırmı?! Xeyr!”, - deyə A. Lukaşenko bildirib.

Belarus Prezidenti hazırda ölkəsinin suverenliyinə qarşı artan bir təhlükə hiss etmədiyini də qeyd edib.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm