Lukaşenko: "Rusiya bizi itirməkdən qorxur"
04.08.2020 13:59 Gündəm Dünya

Lukaşenko: "Rusiya bizi itirməkdən qorxur"

Belarus prezidenti Aleksandr Lukaşenko bu gün xalqa və parlamentə müraciət edib.

“MediaPost” “Tass”a istinadən xəbər verir ki, Lukaşenko çıxışı zamanı Rusiya ilə münasibətlər, ölkədəki vəziyyət və koronavirus mövzusuna diqqət çəkib. 

O, Rusiya ilə münasibətlərdən danışarkən bildirib ki, Rusiya bizi itirməkdən qorxur:

"Çünki bizdən başqa onun ən yaxın tərəfdaşı yoxdur. Bizim cavabımız isə hamıya məlumdur. Belarus kiməsə qarşı olmaq üçün başqası ilə dostluq etmir, biz çox vektorluluğun tərəfdarıyıq. Minskdə və Moskvada kimin hakimiyyətdə olmasından asılı olmayaraq həmişə ən yaxın müttəfiq olacağıq. Baxmayaraq ki, qardaşlıq münasibətləri tərəfdaşlıq münasibətlərinə çevrilib”.

Belarus liderinin sözlərinə görə, ölkəsi Rusiya ilə neft hesablaşmasında təxminən 600 milyon dollar itirib. O, 2025-ci ilə qədər neft və qaz infrastrukturunda dəyişikliklər ediləcəyini, 1-2 ölkədən iqtisadi asılılığın minimuma endiriləcəyini bildirib. 

 

Xəbərlər şöbəsi

Gündəm