Lukaşenko: “Sabah Tramp Belarusa gəlsə, ruslar nə edəcəklər?”
04.02.2020 13:00 Xarici siyasət

Lukaşenko: “Sabah Tramp Belarusa gəlsə, ruslar nə edəcəklər?”

APA-nın BELTA-ya istinadən verdiyi xəbərə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Biz sadəcə ədalətli, həqiqi və şəffaf münasibətlər istəyirik. Eynisini istəmirsinizsə, o zaman qışqırmayın ki, ABŞ Dövlət katibi Pompeo Belarusa gəldi, sabah da Donald Tramp Belarusa gələcək. O zaman bunlar nə edəcəklər?”, - deyə Belarus Prezidenti vurğulayıb.

Belarusun müstəqil xarici siyasət yürüdən suveren bir dövlət olduğunu qeyd edən A. Lukaşenko bunun Rusiyaya zərər vermədiyi qənaətindədir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm