Lukaşenkodan koronavirus açıqlaması: "Allah xətrinə sakitləşin"
13.04.2020 20:01 Dünya

Lukaşenkodan koronavirus açıqlaması: "Allah xətrinə sakitləşin"

Belarus prezidenti Aleksand Lukaşenko hökumətrəsmiləri ilə keçirdiyi toplantıda ölkədə koronavirusa görə yeni psixoz vəziyyətin yarandığını deyib.

“MediaPost” xarici mətbuata istinadən xəbər verir ki, ölkə rəhbəri vətəndaşların sarmısaq, limon və zəncəfil tədarükü görmələrindən narahat olduğunu dilə gətirib: “ Allah xətrinə sakitləşin, hər bir evdə sarmısaq və zəncəfil var. Ancaq sarmısaq və zəncəfildən istifadə etməyin. Əgər əvvəldən immunitetinizi gücləndirməmisinizsə, indi zəncəfillə bunu edə bilməyəcəksiniz. Fikir etməyin və pulunuzu boş yerə xərcləməyin”.

Prezident insanlara Belorusiyada yetişən məhsullardan yeməyi və dərmanlara artıq pul verməməyi tövsiyə edib.

Qeyd edək ki, son bir neçə həftə ərzində ölkədə zəncəfil, limon və sarımsaq bahalaşıb. Bu məhsullar Belarusa idxal olunduğu üçün qiymətlərdə artım müşahidə edilib.

Məlumat üçün bildirək ki, Belarusiyada 2578 nəfər koronavirusa yoluxub, 26 xəstə həyatını itirib, 203 nəfər isə sağalıb.

Xəbərlər departamenti

Gündəm