Lukaşenkodan Putinə: "Bu o demək deyil ki, sən böyüksən, biz uşağıq"
07.08.2020 07:57 Gündəm Dünya

Lukaşenkodan Putinə: "Bu o demək deyil ki, sən böyüksən, biz uşağıq"

Belarus prezidenti Aleksandr Lukaşenko ukraynalı jurnalist Dmirtri Qordona müsahibə verib.

“MediaPost” xəbər verir ki, o, müsahibə zamanı Vladimir Putinlə olan münasibətləri haqqında danışıb.

Belə ki, Lukaşenko Putini böyük qardaşı hesab etdiyini bildirib:

“Mən Vladimir Putini böyük qardaşım sayıram, səmimi olaraq onu qardaşım hesab edirəm. Lakin bu o demək deyil ki, sən böyüksən, biz isə uşağıq. Xeyr. Həqiqətən sən həm yaş, həm də siyasi cəhətdən böyüksən. Böyük qardaş isə kömək etməli, dəstək olmalı və təklif verməlidir. Ayağa dolaşmalı deyil, dəstəkləməlidir”.

Bununla yanaşı o, Vladimir Putinlə münasibətlərində müəyyən gərginlik olduğunu bildirərək “bəli, müəyyən gərginliyimiz var, çünki hər ikimiz güclü şəxsiyyətik, qeyri-ciddiliyimə görə üzr istəyirəm”, - deyə qeyd edib.

Lukaşenko Putinin 2036-cı ilədək vəzifədə qalmayacağını düşündüyünü vurğulayaraq "o, indiki hakimiyyəti davam etdirəcək şəxsi iqtidara gətirmək üçün bir üsul tapacaq”, - deyə bildirib. 

Anara Mikayılova

Xəbərlər şöbəsi

Gündəm