Macarıstan gələn il İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiq edəcək
24.11.2022 23:23 Gündəm Dünya

Macarıstan gələn il İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiq edəcək

Gələn ilin yanvarında Macarıstan İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətini təsdiqləyəcək.

Mediapost xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Slovakiyada mətbuat brifinqində deyib.

Onun sözlərinə görə, Macarıstan parlamenti gələn ilin yanvarında keçiriləcək ilk sessiyasında İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə dair protokolları ratifikasiya edəcək.

"Macarıstan Skandinaviya ölkələrinin üzvlüyünü dəstəkləyir", Baş nazir Orban deyib.

Xatırladaq ki, Türkiyə və Macarıstan ratifikasiya prosesini tamamlamayan sonuncu NATO ölkələrdir.

news department

Gündəm