Macarıstanın Xarici İşlər naziri koronavirusa yoluxub
04.11.2020 16:13 Dünya

Macarıstanın Xarici İşlər naziri koronavirusa yoluxub

Macarıstan Xarici İşlər və Ticarət naziri Peter Siyatro koronavirusa yoluxub.

"MediaPost" xəbər verir ki, bu barədə "Hgv.ru" məlumat yayıb. 

Açıqlamada nazirin hazırda Taylandda səfərdə olduğu və özünü karantin altına aldığı vurğulanıb. Bildirilib ki, onda COVID‑19-un simptomları yoxdur.

Qeyd olunub ki, nazir Macarıstana aparılacaq və orada karantin altına alınacaq.

Anara Mikail

Gündəm