Madriddə güclü partlayış: 11 yaralı, 3 ölü - YENİLƏNİB - <span>VİDEO</span>
20.01.2021 23:58 Dünya

Madriddə güclü partlayış: 11 yaralı, 3 ölü - YENİLƏNİB - VİDEO

İspaniyanın paytaxtı Madrid şəhərində baş verən güclü partlayış nəticəsində 11 nəfər yaralanıb.

"MediaPost" xəbər verir ki, bu barədə məlumat şəhərin Fövqəladə Hallar Nazirliyinin rəsmi tvitter səhifəsində yerləşdirilib.

Qeyd olunub ki, yaralı şəxslərə tibbi yardım göstərilib. On nəfərin xəsarəti yüngüldür, lakin bir nəfərin vəziyyəti ağırdır.

Bundan əvvəl, partlayış nəticəsində üç nəfərin öldüyü, bir şəxsin itkin düşdüyü bildirilmişdi.

Partlayış baş verən ərazidə yerləşən bir neçə bina təhlükəsizlik məqsədi ilə boşaldılıb.

***

19:17

İspaniyanın paytaxtı Madriddə güclü partlayış baş verib.

"MediaPost"un “RİA Novosti”yə istinadən məlumatına görə, hadisə şəhərin Toledo küçəsində qeydə alınıb. Partlayış nəticəsində binalardan birinin bir hissəsi dağılıb.

Partlayış nəticəsində ən azı altı nəfər yaralanıb, bir neçə nəfər həlak olub.

İlkin məlumatlara görə, partlayış qazsızması nəticəsində baş verib.

 

Xəbərlər departamenti

Gündəm