Maduro ABŞ-la birbaşa dialoqa hazır olduğunu bildirib
19.01.2020 09:15 Xarici siyasət

Maduro ABŞ-la birbaşa dialoqa hazır olduğunu bildirib

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, N.Maduro bu barədə “The Washington Post” qəzetinə verdiyi müsahibədə deyib.

“Hökumətlər arasında hörmət varsa, ABŞ-ın nə qədər böyük olmasından asılı olmayaraq, dialoq, həqiqi fikir mübadiləsi olarsa, yeni əlaqələr yarada bilərik. Hörmət və dialoqa əsaslanan münasibətlər nailiyyətlərə gətirib çıxarar”, - deyə Prezident qeyd edib.

O, əlavə edib ki, qarşıdurma münasibətləri arzuolunmaz vəziyyətə gətirir: “Bu bir düsturdur”.

Bununla yanaşı, Venesuela Prezidenti rəsmi Vaşinqtonla birbaşa əlaqənin açılacağı təqdirdə nəzərə çarpan dəyişikliklərin olacağını vurğulayıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm