Magistral kəmərlərlə nəql edilən qazın həcmi açıqlandı
15.09.2020 18:46 Energetika

Magistral kəmərlərlə nəql edilən qazın həcmi açıqlandı

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 19,8 milyard kubmetr qaz nəql edilib.

“MediaPost”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,1% çoxdur. 

Hesabat dövrünə qaz nəqlinin 8 milyard kubmetri və yaxud 40,1%-i Bakı-Tbilisi-Ərzurum - Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. 

Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Kəmər 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

Könül Vəliyeva

Gündəm