Makron COVID-19 ilə bağlı açıqlama verən nazirlərin istefasını istəyəcək
19.01.2021 11:30 Dünya

Makron COVID-19 ilə bağlı açıqlama verən nazirlərin istefasını istəyəcək

Fransa prezidenti Emmanuel Makronun COVID-19 vaksini ilə bağlı sadəcə Baş nazir Yen Kasteks, Səhiyyə naziri Olivier Veran və Sənaye İşləri üzrə Dövlət naziri Agnes Pannier-Runaçer ilə hökumət sözçüsü Attala açıqlama vermək üçün icazə verdiyi, digər nazirlərin açıqlama verəcəyi təqdirdə istefa etmələrini gözlədiyi bildirilib.

"MediaPost" xəbər verir ki, o bu barədə 13 yanvarda baş tutan Nazirlər Kabineti iclasında bildirib.

"Vaksin məsələsində sadəcə müəyyən edilmiş şəxslərin açıqlama verməsinə icazə verirəm. Başqa birinin mətbuata danışdığını görsəm, onun istefa məktubunu qəbul etməyə hazır olacağam", - deyə ölkə başçısı qeyd edib.

Makronun ölkəsinin vaksin strategiyasından və bəzi nazirlərin verdikləri açıqlamalardan razı qalmadığı, vaksin və pandemiya ilə bağlı yanlış addımların atılmasına icazə vermədiyi vurğulanıb.

Səhiyyə naziri Veranın əksinə, ətraf mühit işlərindən məsul olan dövlət naziri Yen Baptits Byebbarinin 3 yanvarda "yaya qədər 26 milyon insana vaksin tətbiqi planlaşdırılır" - deyə açıqlama verməsinin Makronu qəzəbləndirdiyi bildirilib. Veranın iyul ayınadək 15 milyon insanın vaksinasiyasını düşündüklərini deməsi iki nazir arasında ziddiyyətə səbəb olub. 

Anara Mikail

Gündəm