Makron fikrini izah edə bilməsi üçün xüsusi köməkçi tutur
04.11.2020 15:25 Dünya

Makron fikrini izah edə bilməsi üçün xüsusi köməkçi tutur

Fransa Emmanuel Makronun dünyəvilik və ifadə azadlığı barədə düşüncələrini izah etmək üçün xüsusi elçi təyin edilməsini planlaşdırır.

"MediaPost" xəbər verir ki, bu addımın atılmasında məqsəd müsəlman ölkələrində başlayan etiraz aksiyalarının böyüməsinin qarşısını almaqdır. 

Bildirilib ki, Fransa əleyhinə keçirilən etirazların böyüməsi həm də Makronla Türkiyə arasında Liviya və Aralıq dənizinin məsələsi ilə bağlı onsuz da kök salmış münaqişəni daha da dərinləşdirmək potensialına malikdir.

Anara Mikail

Gündəm