Makron İsrail polisini Osmanlı sultanının hədiyyəsi olan məbəddən qovdu - VİDEO
23.01.2020 10:14 Xarici siyasət

Makron İsrail polisini Osmanlı sultanının hədiyyəsi olan məbəddən qovdu - VİDEO

"MediaPost" xəbər verir ki, hadisə Makronun işğal altındakı Şərqi Qüdsdə yer alan və Fransa torpağı olaraq qəbul edilən "Saint Anne" kilsəsinə ziyarəti zamanı baş verib.

Sosial mediada yayımlanan görüntülərdə Makronun məbədin qarşısında İsrail polisinin içəri girməməsini istədiyi eşidilir.

Hər kəsin lazım olan qaydaları bildiyini söyləyən Fransa lideri İsrail polisinə xitabən "qarşımdakı hərəkətin xoşuma gəlmədi, çölə çıx" – deyə bildirib.

Bundan əlavə, Makron polisdən qanunlara əməl etməsini tələb edərək "yüz illərdir var olan qanunlar mənim üçün pozulmayacaq" – deyə qeyd edib.

Xatırladaq ki, kilsənin Osmanlı sultanı birinci Əbdülməcid tərəfindən inşa olunub və Fransaya hədiyyə edilib.

"MediaPost"


Xəbərlər departamenti

Gündəm