"Makron Livanı "mandat ərazisi"nə çevirməyə çalışır" - Araşdırmaçı jurnalist
07.08.2020 07:37 Siyasət

"Makron Livanı "mandat ərazisi"nə çevirməyə çalışır" - Araşdırmaçı jurnalist

“Fransa prezidenti Emmanuel Makron Beyrutda səfərdə olub və Livana yardım paketi təklif edib”.

“MediaPost” xəbər verir ki, bunu araşdırmaçı jurnalist Elçin Alıoğlu qeyd edib. O, yardım paketində yer alan bir sıra məqamlara diqqət çəkib: 

“1. Beyrut demilitarizasiya olunmuş zona elan edilməsi;

2. "Hizbullah"ın Beyrutda və şəhər kənarındakı bütün ofisləri ilə qərargahlarının tam tərksilah olunması;

3. Beyrutun beynəlxalq hava limanının Almaniyanın başçılıq edəcəyi beynəlxalq kontingentə verilməsi;

4. Beyrutda və Livan dağlarında UNİFİL qüvvələrinin yerləşdirilməsi, Beyrutdan ölkənin cənubunadək sahilə yaxınlığa hərbi gəmi qruplaşmasının növbə çəkməsi;

5. "Hizbullah"ın Livanın cənubundakı bütün raket atış məntəqələrinin ləğv edilməsi, "Hizbullah" obyektlərinin UNİFİL-ə verilməsi;

img
Elçin Alıoğlu

6. Livan parlamentinin və hökumətinin dərhal istefaya göndərilməsi, növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsi;

7. Ölkənin xüsusi xidmət strukturlarında çalışanların tam siyahısının hazırlanması, onların hamısının işdən çıxarılması;

8. Livan rəhbərliyi təklifləri qəbul etməsə, yaxın 10 gün ərzində BMT Təhlükəsizlik Şurasında "gərəkli" qətnamənin qəbul edilməsi. Qətnamə Livanda təhlükəsizliyin təminatını və sadalanan bəndlərin yerinə yetirilməsini NATO-ya həvalə edəcək”.

Araşdırmaçı jurnalist Makronun Livan prezidentinə etdiyi yardım təklifini “həyasızlıq” adlandırıb:

“Bütün bunlar Livan prezidenti Mişel Auna deyilib. Fransa qan ağlayan Livanın ağır durumundan maksimum bəhrələnməyə çalışır. Makronun "təklif"lərinin bir adı var: həyasız, abırsız, əxlaqsız siyasət və müstəqil ölkəni işğal edərək "mandat ərazisi"nə çevirmək”.

Xatırladaq ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda güclü partlayış baş verib.

Xəbərlər şöbəsi

Gündəm